Accessibility links

İranda parlament seçkilərinin vaxtında keçiriləcəyi bildirilir - 2004-02-04


İranın ali dini liderləri deyirlər ki, islahatçı namizədlər barədə narazılıqlara baxmayaraq parlament seçkiləri planlaşdırılmış vaxt keçiriləcək. İarnın ali ruhani rəhbəri Ayatolla Əli Xamenei bildirirb ki, parlament seçkiləri cədvələ uyğun vaxtda keçiriləcək, baxmayaraq ki, o, islahatçı namizədlərin səsvermədə iştirakının qadağan edilməsi məsələsinə yenidən baxılmasına göstəriş verib. İran lideri eyni zamanda qeyd edib ki, islahatçı dövlət liderlərinin fevralin 20-si seçkilərini yubatmağa cəhd etmələri və ya vəzifələrindən istefa vermələri qanunsuz addim kimi qiymətləndiriləcək. Hökümətin nümayəndəsi Abdulla Ramezanzadənin bildirdiyinə görə Ayatolla çərşənbə axşamı islahatçı namızıdlərin məsələsinə yenidən baxılması barədə razılığa prezident Məhəmməd Xatəmi ilə görüşdən sonra gəlib. İslahatçı qanunvericilər cənab Xatəmini Nəzarət Şurasının islahatçı namizədlərin səsvermədə iştirakını qadağan etdiyi üçün seçkiləri təxirə salmağa çağırırlar.

XS
SM
MD
LG