Accessibility links

BMT ekspertləri İraqda seçki şəraitini öyrənəcək - 2004-02-06


BMT-nin ekspertləri İraqda erkən seçkilərin keçirilməsinin mümkünlüyünü öyrənmək məqsədilə ölkəyə yollanıblar. Seçkilərin keçirilməsi İraqda əksəriyyət təşkil edən şiələrin əsas tələbidir. BMT-nin baş katibi Kofi Annanın bildirdiyinə görə, ekspertlər İraqda hakimiyyətin iraqlıların özlərinə ən münasib bir şəraitdə keçməsini təmin etmək üçün mümkün olduğu qədər çox adamla söhbət keçirəcəklər. İraqın özündə isə rəsmilər və şiələrin lideri Ayatolla Əli əl-Sistaninin yardımçıları dünən ona qarşı sui-qəsd cəhdi haqda xəbərləri təkzib etmişlər.

XS
SM
MD
LG