Accessibility links

NATO müdafiə nazirləri alyansın Əfqanıstan və İraqda rolunu müzakirə edir - 2004-02-06


NATO ölkələrinin müdafiə nazirləri alyansın Əfqanıstan və İraqda rolu məsələlərini müzakirə etmək üçün Almaniyada görüş keçirirlər. Diplomatların bildirdiyinə görə, Münxen görüşünün diqqət mərkəzində Əfqanıstanda iyun ayında keçirələcək seçkilərdən öncə daha artıq sülhümühafizə qüvvələrinin göndərilməsinin mümkünlüyu durur. Şimali Atlantik alyans artıq uzun müddətdir hazırkı sülhümühafizə missiyasının Kabilin ətraf rayonlarınadək genişləndirilməsi məsələsinə görə təzyiqlərlə qarşılaşır. Müdafiə nazirlərinin habelə NATO qüvvələrinin İraqda quru qoşunlar üzərində komandanlığı məsələsini müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG