Accessibility links

ABŞ, Britaniya və Liviya rəsmiləri görüş keçirdi - 2004-02-06


Birləşmiş Ştatlar və Britaniyanın yüksək səviyyəli rəsmi nümayəndələri Londonda keçirilən görüşdə Liviyanın nümayəndə heyətilə ölkələr arasında münasibətlərin yaxşılaşdırılması məsələsini müzakirə edirlər. ABŞ rəsmilərinin bildirdiyinə görə, Liviyanın lideri Müəmmar Qəzzafinin kütləvi qırğın silahları proqramlarını dayandırmaq qərarı sanksiyların bir zaman qaldırılacağı ilə nəticələnə bilər. Bu arada, beynəlxalq müfəttişlər Liviyanın kimyəvi silah proqramının dayandırılması prosesinə başlamaq üçün ölkəyə gəlir. Liviya Kimyəvi silahlar haqda konvesiyanı cümə axşamı günü imzalayaraq, 1993-cü ildən kimyəvi silahların qadağan olunması haqda müqaviləyə imza atmış 180 ölkəyə qoşuldu. Tərksilah prosesinin ilk mərhələsi Liviya rəsmiləri ölkənin kimyəvi silah proqramı və kimyəvi silah anbarları haqda sənədləri beynəlxalq müfəttişlərə təqdim etməlidirlər. Liviyanın kimyəvi qabiliyyəti haqda məlumatlar dərhal açıqlanmayıb. Kimyəvi Silahların Qadağan edilməsi üzrə beynəlxalq təşkilat kimyəvi materialların həcmini müəyyən edib onların məhvi işinə başlayacaq. Keçən il Liviyanın lideri Müəmmar Qəzzafi nüvə, kimyəvi və bioloji silah anbarları daxil olmaqla ölkənin kütləvi qırğın silahları proqramlarını dayandırmağa söz vermişdir. Cənab Qəzzafi ümid edir ki, bununla 1980-ci ildən Liviyaya qarşı tətbiq edilmiş iqtiasdi sanksiyalara son qoyula bilər. Birləşmiş Ştatlar və Avropa rəsmiləri Liviyanın kütləvi qırğın silahlarından əl çəkmək qərarının kimyəvi silahların qadağan edilməsi haqda müqaviləyə hələ imza atamamış digər ölkələr üçün nümunə olacağına ümid etdiklərini bildiriblər.

XS
SM
MD
LG