Kiprin yunan prezidenti Tasos Papadopolos BMT baş katibi Kofi Annanın Kiprə dair təşkil edəcəyi danışıqlarda iştirak etmək üçün Nyu Yorka gəlmək dəvətini qəbul edib. Prezident Papadopolos bu gün Nikosiyada bəyan edib ki, o, Kirp türklərilə çərşənbə axşamı başlanacaq müzakirələrə qatılacaq. Cümə günü Kipr türklərinin lideri Rauf Denktaş da Nyu Yorka gələcəyini bildirmişdir. Bununla belə, Rauf Denktaş BMT-nin adanın birləşdirilməsinə dair planına hələ də etiraz etdiyini bidirib. Kofi Annan Kiprlə bağlı sazişin martın sonuna qədər qəbul olunmasını istəyir. Kipr may ayında Avropa Birliyinə üzv kimi qəbul olunmalıdır.