Accessibility links

Senator Con Kerri demokrat namizədlər arasında irəlidədir - 2004-02-08


Massaçusets ştatının senatoru Con Kerri Miçigan və Vaşinqton ştatlarında demokratların seçki kampaniyasında böyük qələbə əldə etmişdir. Amerikanın səsinin müxbiri Mayk Osallivan xəbər verir ki, partiyasından namizədliyinin irəli sürülməsinə doğru daha bir addım irəliləyən senator Kerry prezident Buşa qarşı hücumlarını artırmışdır. Senator Kerri Miçigan ştatında seçki məntəqələrinin 90 faizində səslərin 50 faizini əldə edərək, 17 faiz səs toplayan keçmiş Vermont qubernatoru Hovard Dini xeyli geridə qoymuşdur. Con Kerry eləcə də Vaşington ştatında 5 seçki məntəgəsinin 4-də 50 faizə yaxın səslə irəliyə çixmışdır. Hovard Din isə 30 faiz səs toplayaraq ikinci yeri əldə etmişdir. Beləliklə də senator Kerri indiyə qədər demokratların 11 ilkin seçkisinin 9-da qalib çıxmışdır. Qeyd edək ki, keçən ay Ayova və Nyu Həmpşir ştatlarında əldə etdiyi qələbəsi onu demokrat namizədlər arasında ön saraya çıxarmışdır. Massatçusets ştatının senatoru şənbə günü Virciniyada etdiyi çıxışında prezident Buş və onun yardımçılarını ifratçı adlandırmışdı. Cənab Kerri siyasətini olduqca liberal adlandıraraq onu tənqid edən Respublikaçıları qabaqlamağa çalışmışdı. O demişdir ki, onun Demokrat həmkarları Amerikanın əsas aparıcı qüvvəsini təmsil edir. O demişdir: “Mənim bu dəfə Corc Buş, Karl Rovey, Ed Qillespi və onların qalan dostlarına bir xəbərim var. Mən geri çəkilməyəcəyəm. Mən mübarizəni aparmağı bacaran və artıq mübarizəyə başlamış bir demokratam.” Cənab Kelli bu gün şimal ştat-Meynə getməlidir. Lakin onun ən gərigin mübarizəsi çərşənbə axşamı günü Vircinia və Tennisi ştatlarında gözlənilir. Onun əsas rəqibləri-Şimali Karolina ştatının senatoru Con Edvards və istefada olan general Vesli Klark Vaşinqton və Miçiqan ştatlarında keçirilən ilkin seçkilərdə olduqca geridə qalmışlar. Lakin onlar cənub ştatlarda daha artıq uğur əldə edəcəklərinə ümid edirlər. Demokrat namizədlərin keçmiş öndəri Hovard Din dünən Amerikanın əsas həmkarlar ittifaqları - Birləşmiş Ştatlar Federasiyasının və Bələdiyyə işçilərinin dəstəyini itirməklə məğlubiyyətə uğramışdır. Lakin o, fevralın 17-də Viskonsində keçiriləcək səsvermədə mövqeyini gücləndirəcəyinə ümid edir.

XS
SM
MD
LG