Britaniya bildirib ki, baş nazir Bleyer yaxın zamanlarda Liviyanın başçısı Müəmmar Qəzzafilə danışıqlar aparmaq üçün o ölkəyə səfər edəcək. Bu açıqlama Londonda Britaniyanın XİN Çek Strounun liviyalı həmkarı Məhəmməd Abdal Rəhman Şalqamla danışıqlardan sonra verilib. Bu arada isə İtaliyanın baş naziri Silviya Berluskoni cənab Qəzzafilə danışqlar üçün bu gün Liviyaya gedib. Bu, qərb liderinin Liviyanın kütləvi qırğın silahları proqramından imtina etməsindən sonra bu ölkəyə etdiyi ilk səfəridir.