Accessibility links

Bu gün Bağdadda yenə 46 nəfər həlak olub - 2004-02-11


Baqdadın mərkəzindəki İraq hərbi çağırış məntəqəsinin yaxınlığında güclü bomba partlayışı nəticəsində azı 46 nəfər həlak olub. Bugünkü partlayış İskəndəriyyə şəhərinin polis məntəqəsinin yaxınlığında güclü bomba partlayışından bir gün sonraya təsadüf edir. Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi mayor Con Frisbie patrlayış haqqında ətraflı məlumat verərkən deyib: “Səhər saat 7:25-də 1991-ci il istehsalı Oldsmobile Katlasın sürüçüsü maşını Yeni İraq ordusunun çağırış məntəqəsinin yaxınlığına sürmüş və orada partlatmışdır. O, maşının yeganə sürüçüsü idi və 200-250 kq-a qədər ağırlığında bombanı partlatmışdır.” Keçmiş beynəlxalq hava limanında yerləşən çağırış məntəqəsi koalisiya hərbi qüvvələrinin yaxınğlığında yerləşir. Partlayışda yaralanan Məhəmməd Hətəm Abdulla adlı bir taksi sürüçüsü deyib: ”İntiharçılar müsəlmanları və günahsız insanları hədəf alır.” Birləşmiş Ştatların rəsmiləri dünənki və bugünkü partlayışın məsuliyyətini Əl-Qaidə terror şəbəkəsi ilə əlaqədə olan əcnəbi döyüşçülərin və Səddam Hüseynə sadiq qüvvələrin üzərinə atır. Onlar koalisiya qüvvələrilə əməkdaşlıq etdiyinə görə İraq polisini hədf alırlar. Birləşmiş Ştatlar Əl-Qaidə terrorçularının tutulmasına yardım göstərənə 10 milyon dollar mükafat vəd edib.

XS
SM
MD
LG