Accessibility links

DENKDAŞ KİPR ÜÇÜN YENİ TƏKLİF İRƏLİ SÜRÜB - 2004-02-12


Kiprin Türk hissəsinin lideri Rauf Denkdaş adanın bölünmüş vəziyyətinə son qoymaq üçün yeni bir təklif irəli sürüb. Onun BMT Baş Katibi Kofi Annana verdiyi yeni təklifə görə Kiprin Yunan və Türk tərəfinin liderləri Mart ayının ortalarında aralarındakı fərqlilikləri həll etmək üçün danışıqlar keçirməlidirlər. Əgər onlar altı gün ərzində bir razılığa gələ bilməsələr onda Türkiyə və Yunanistanın liderləri də danışıqlara qoşulmalıdırlar. Kiprin iki hissəsinin liderləri bu gün üçüncü gündür ki, Nyo Yorkda BMT-nin vasitəçiliyi ilə təşkil edilən danışıqlarda iştirak edirlər.

XS
SM
MD
LG