Accessibility links

İraqa qonşu ölkələr Küveytdə yığıncaq keçiriblər - 2004-02-14


İraqın xarici işlər naziri Hoşyar Zebari və İraqa qonşu ölkələrin diplomatları bu gün Küveytdə regional təhlükəsizlik məsələsini müzakirə ediblər. Bu, xarici işlər nazirinin İraq müharibəsindən sonrakı vəziyyət və digər məsələlərin müzakirəsi ilə təşkil edilən yığıncaqlarda ilk iştirakıdır. Türkiyə, İran, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı və Misir daxil edilməklə, İraqa qonşu ölkələrin rəsmi nümayəndələri Küveytdə keçirilən iki günlük toplantının iştirakçıları olmuşlar. Yığıncaqda BMT-nin nümayəndəsi Laxdar Brahimi qısa çıxışla bir həftəlik İraq missiyası haqda məlumat verməlidir.

XS
SM
MD
LG