Accessibility links

İraqda daha bir Bəəs üzvü həbs edilib - 2004-02-15


İraq polisi ABŞ-ın Səddam Hüseyn rejiminin axtarışda olanlar siyahısına salınmış Bəəs partiyasının yüksək səviyyəli nümayəndəsini həbs edib. İraqın şimalında iki villayətdə Bəəs partiyasının sədri olmuş Məhəmməd Zimam Əbdürrəzzaq 55 adamın adı olan siyahıda 44-cü yerdə idi. Rəsmilər onun bu gün Bağdaddakı evində həbs edildiyini deyiblər. İraqın daxili işələr naziri Əhməd Kadhimin bildirdiyinə görə, həbs İraq polisi tərəfindən həyata keçirilib. Cənab Kadhim Bəəs partiyasının funksionerinin ABŞ məhkəməsinə verilib-verilməyəcəyi haqda bir söz deməyib.

XS
SM
MD
LG