Accessibility links

Moskvada akvaparkda xilasetmə işləri davam edir - 2004-02-15


Xilasetmə işçiləri Moskvada akvaparkda fəlakət zamanı sağ qalanların axtarışını davam etdirir. Dünən “Transvaal” akvaparkında hovuzların üzərinə beton damın düşməsi nəticəsində 25 adam həlak olmuş, yüzdən çox adam yaralanmışdı. Rəsmilər damın üstünə çoxlu miqdarda qarın yağması nəticəsində uça bildiyini deyiblər. Hadisə baş verən zaman çox adam akvaparkdan qar və soyuqda küçəyə əynində yalnız çimərlik kostyümlarında qaçıblar. Yaralananlar arasında uşaqlar var.

XS
SM
MD
LG