Accessibility links

Moskva metrosundakı partlayış terror aksiyası idi - 2004-02-17


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə Moskva metrosunda 40 adamın ölümü, digər 100-nün yaralanmasına səbəb olan partlayış terror aksiyası idi. Rusiyanın xəbər agentlikləri təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən bildirirlər ki, fevral ayının 6-da baş verən hadisəyə 4 kiloqramlıq TNT maddəsi səbəb olub. Rusiya prezidenti Vladimir Putin aksiyadan dərhal sonra çeçen separatistlərini ittiham etmiş, çeçenlərin lideri isə hadisə ilə əlaqəsini inkar etmişdi.

XS
SM
MD
LG