Accessibility links

Senator Kerri prezidentliyə namizəd kimi irəlidədir - 2004-02-18


Massaçussets senatoru Con Kerri qələbə yolunda irəliləməkdədir. Dünən o, Viskonsin ştatında keçirilən ilkin seçkilərdə Şimali Koralina senatoru Con Edvardsdan cüzi fərqlə irəliyə çıxmışdır. Senator Kerri indiyədək keçirilən 17 ilkin seçkinin 15-dən qalib kimi çıxmışdır. Beləliklə də o, demokrat partiyasında prezidentliyə namizəd kimi öndə getməkdədir. Lakin senator Edvardsın gözlənilmədən güclü mövqe tutuması ilə demokratların noyabr ayı prezident seçkilərində namizəd seçməsi prosesini bir qədər uzada bilər. Viskonsində ikinci yeri tutan senator Edvards onu dəstəkləyənlərə minnətdarlığını bildirmişdir. Viskonsində 3-cü yerə çıxan Vermont ştatının keçmiş qubernatoru Hovard Din evinə qayıtnmışdır. Onun məsləhətçiləri keçmiş qubernatorun namizədliyini götür-qoy edəcəyini deyirlər.

XS
SM
MD
LG