Accessibility links

İraqda 11 nəfər həlak olub - 2004-02-18


Birləşmiş Ştatların İraqdakı koalisiya qüvvələrinin rəsmiləri bildirirlər ki, Bağdadın cənubunda Polşa qüvvələrinin yerləşdiyi hərbi baza yaxınlığında yük maşınlarına qoyulmuş bombanın partlayışı nəticəsində 11 həfər həlak olmuş, koalisiya qüvvələrinin hərbiçiləri də daxil edilməklə, onlarla adam yaralanmışdır. Koalisiya nümayəndəsi müxbirlərə demişdir ki, bomba partlayışı bu gün Hillah şəhəri yaxınlığındakı Çarli düşərgəsinin qarşısında baş vermişdir. Polşa hərbi qüvvələri rəsmilərinin dediyinə görə partlayıcı maddələr olan maşınlar düşərgənin darvazasına yaxınlaşan vaxt keşikçilər tərəfindən atəşə tutulmuş, nəticədə partlayış baş vermişdi. O biri maşın isə divara dəyərək partlamışdır. Polşa rəsmiləri yaralananların Polşa, Macarıstan və Birləşmiş Ştatlar əsgərləri olduğunu deyirlər.

XS
SM
MD
LG