Accessibility links

Iranda parlament seçkiləri keçirilir - 2004-02-20


İranda keçirilən parlament seçkilərində islahatçı namizədlərin böyük hissəsinin kənarlaşdırılmasından sonra mühafizəkarların qələbə əldə edəcəyi gözlənilir. İslahatçılar xalqı seçkiləri boykot etməyə , Ali dini rəhbər Ayatolla Əli Xameneyi isə 46 milyon seçicini səsvermə məntəqələrində səs verməyə çağırmışdır. 40 mindən artıq səsvermə məntəqələrinə gələnlərin sayı isə xeyli azdır.

İran mətbuatının verdiyi məlumata görə, böyük şəhərlərdə çox sayda seçici seçki məntəqələrinə gəlib. Amerikanın Səsinin fars şöbəsi siyasi fəallara istinadən bəzi məntəqələrin boş olduğunu bildirir. İran Milli Cəbhəsinin sözçüsü Həsən Zərizadə xalqda seçkiyə inamın olmadığını deyir.

XS
SM
MD
LG