Accessibility links

Pakistanlı alim İrana və Liviyaya nüvə avadanlığının satışını təşkil edib  - 2004-02-20


Malaziya polisi Pakistan alimi Əbdül Qadir Xanın Liviyaya zənginləşdirilmiş uranın göndərilməsi və İrana nüvə sentrifuqası avadanlığının satışı haqda göstəriş verdiyini bildirir. Polisin verdiyi məlumata görə, İrana sentrifuqa satışı üç milyon dollar məbləğində nəğd pulla həyata keçirilib. Sövdənin həyata keçirilməsində vasitəçi kimi iştirak etdiyi deyilən Şri Lanka vətəndaşı Buxari Seyid Əbu Tahir cənab Xanın ondan 1994-cü və 1995-ci illərdə Pakistandan İrana iki sentrifuqa göndərməyi xahiş etdiyini deyib. Cənab Tahir polisə habelə Pakistandan Liviyaya 2001-ci ildə zənginləşdirilmiş uranın müəyyən bir növünün göndərildiyini deyib.

XS
SM
MD
LG