Accessibility links

Senator Con Kerri yenə də rəqiblərini geridə qoydu - 2004-02-25


Massaçusts ştatının senatoru Con Kerri dünən keçirilən ilkin seçkilərdə qələbə əldə edərək, Demokrat Partiyasından prezidentliyə namizədlik şansını bir daha artırıb. Senator Con Kerry Demokrat Partiyasından prezidentliyə namizəd göstərilmək üçün Demokrat partiyasının qurultayına 2100 nümayəndə seçməlidir. Dünən o, Aydaho və Yuta ştatlarında keçirilən ilkin seçkilərdə qələbə əldə edərək qurultaya daha 61 nümayəndə seçməklə rəqibi senator Con Edvardı geridə qoymuşdur. Senator Con Kerri Demokrat Partiyasından prezidentliyə namizəd göstərilməsi şansını möhkəmləndirdikcə prezident Buş onun ünvanına tənqidlərini artırır. Prezident Buş deyib ki, senator Kerri azad ticarət, vergilərin azaldılması və İraq müharibəsi kimi məsələlərdəki mövqeyini dəyişdirib. Senator Kerri də dünən Ohayoda prezident Buşu bir daha tənqid edərək deyib ki, o vəzifədə olarkən işsizlərin sayı artıb, büdcə kəsiri çoxalıb, Birləşnmiş Ştatların müttəfiqləri ilə münasibətləri pisləşib. O adi amerikalıların və hərbi qulluqçuların ehtiyacalarına diqqət yetirmir. Mart ayının 2-də "super çərşənbə axşamında" Nüy York və Kaliforniya ştatları da daxil olmaqla on ştatda ilkin seçkilər keçiriləcək. İndi senator Kerri və senator Edvard bu ştatlarda seçki kampaniyalarını həyata keçirirlər. Onlarla yanaşı kongresmen Denis Kuciniç və vətəndaş hüquqlarının müdafiəçisi Al Şarpton da yarışır. Demokratik partiyanın qurultayında iştirak edəcək nümayəndələrin yarısından çoxu "super çərşəbnbə axşamı" keçiriləcək ilkin seçkilərdə müəyyən olacaq.

XS
SM
MD
LG