Accessibility links

ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Astanadadır - 2004-02-25


Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld qısa səfərlə Qazaxıstanın paytaxtı Astanadadır. Bu onun Orta Asiya ölkələrinə səfərin ikinci dayanacağıdır. Cənab Ramsfeld qazaxıstanlı həmkarı Muxtar Altınbayevlə görüşdükdən sonra deyib ki, Xəzər dənizinin qərb hissəsinin təhlükəsizliyini möhkəmləndirmək Qazaxıstan və dünya üçün olduqca əhəmiyyətlidir. Onlar neft ilə zəngin olan Qazaxıstanın təhlükəsiliyinin möhkəmləndirilməsi məsələsini də müzakirə ediblər. Cənab Ramsfeld bildirib ki, Birləşmiş Ştatların başçılığı altında terrorçuluğa qarşı aparılan mübarizədə Qazaxıstan Vaşinqtonun əsas müttəfiqlərindən biridir. O, həmçinin bildib ki, əgər İraq Qazaxıstan kimi tərksilah olsaydı ona qarşı müharibə də aparılmayacaqdı. Qazaxıstan nüvə silahı arsenalı sahəsində dünyada 4-cü yeri tuturdu və 1995-ci ildə təktərəfli olaraq bu silahlardan imtina etmişdi. Cənab Ramsfeld Qazaxıstana İraqın sabitliyinə göstəridiyi yardıma görə təşəkkürünü bildirib. O, Baş Nazir Əhmədov və Xarici İşlər Naziri Tokayevlə də görüş keçirib. Birləşmiş Ştatlar terrorçulara qarşı Əfqanıstanda müharibə apardıqdan sonra Orta Asiya və Azərbaycanla əməkdaşlığını inkişaf etdirib. Cənab Ramsfeld deyib ki, Vaşinqtonun Orta Asiya dövlətlərində daimi hərbi bazalar yaratmaq planı yoxdur.

XS
SM
MD
LG