Accessibility links

Los Ancelesdə Oskar mükafatlarının təqdimatına hazırlıqlar gedir  - 2004-02-27


“Üzüklər Hökmdarı:Kralın qayıtması” filmi ən yaxşı film və ən yaxşı quruluşçu rejissor daxil olmaqla, 11 kateqoriya üzrə müfakata təqdim edilib. Filmin nümayişindən artıq 1 milyard dollar əldə edilib. Ən yaxşı film kateqoriyasında mükafat ala biləcək digər film “Usta və Komandan” kinofilmidir. Film 10 kateqoriya üzrə mükafata təqdim edilib. Filmdə baş rolda Rassel Krov çəkilib. “Əsrarəngiz çay”, “Seabiscuit” və “Tərcümənin çətinlikləri” filmləri də ilin ən yaxşı filmlərinə nominasiyalarda göstəriliblər.

Ən yaxşı qadın rolunun ifaçısı kimi mükafata təqdim edilmiş beş aktrisadan dördü üçün bu, ilk Oskar olacaq. Bu kateqoriya üzrə “Monster” filmində əsas qadın rolunun ifaçısı Şarliz Teronun şansları daha yüksək qiymətləndirilir. Oskara digər dörd namizəd “Amerikada” filmində çəkilmiş Samanta Morton, “21 qram” filmində baş rolun ifaçısı Nayomi Vatts, “Balina sürən” filmində çəkilmiş 13 yaşlı gənc kino ulduz Kişa Kesl Hyu və veteran aktrisa, “Nəsə bir şey verməlisən” filmində baş rolun ifaçısı Dayan Kitondur.

Ən yaxşı aktyor kateqoriyasında isə mübarizənin daha gərgin olacağı gözlənilir. “Soyuq Dağ” filminə görə Cud Lau, “Qum və Duman evi” filmində baş rolun ifaçısı Ben Kinqsli, “Karib dənizinin quldurları” filmində çəkilmiş Coni Dip, “Tərcümənin çətinlikləri” filminə görə Bil Murrey və “Əsrarəngiz çay” filmində baş rolda çəkilmiş Şon Pen bu nominasiyada göstərilmişlər.

Ən yaxşı tərəfmüqabil kateqoriyasında müfakata təqdim edilmiş film ulduzları arasında Rene Zilviqer və Patrisiya Klarksonla yanaşı, “Qum və duman evi” filmində çəkilmiş iranlı akrisa Şohre Ağdaşlunun da adı var.

Bu ilin ən yaxşı quruluşçu rejissoru kim olacaq. Bu kateqoriyada “Üzüklər hökmdarı” və “Usta və Komandan” filmlərinin rejissorları Piter Cekson və Piter Virlə yanaşı, kino ulduz, əfsanəfi Klint İstvud, braziliyalı rejissor Fernando Merilles və Frensis Ford Koppolanın qızı Sofiya Koppola Oskar mükafatına təqdim olunublar. Amerika Kino Akademiyasının mükfatlarının təqdimatı mərasimi dünyanın 120 ölkəsində birbaşa yayımda göstəriləcək.

XS
SM
MD
LG