Accessibility links

İsrail hərbiçiləri yenə iki nəfəri qətlə yetirib - 2004-02-28


Fələstinin tibb işçilərinin bildirdiyinə görə Qəzza bölgəsində İsrail hərbi qüvvələri tərəfindən təyyarədən maşına açılan atəş nəticəsində iki nəfər həlak olub. Şahidlər bir neçə nəfərin də yaralandığını deyirlər. İsrail rəsmiləri bu barədə məlumat verməyiblər. Bu hadisə İordan çayının Qərb sahilindəki Hebron yaşayış məntəqəsində İsrail hərbiçiləri tərəfindən iki nəfərin maşınlarında qətlə yetirilməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG