Accessibility links

ABŞ rəsmisi Üsama Bin Ladenin tezliklə tutulacağını deyib - 2004-02-28


Birləşmiş Ştatların terrorçuluğa qarşı mübarizə idarəsinin yüksək vəzifəli rəsmi şəxsi səfir Cofer Black Amerikanın Səsinə deyib ki, Əl-Qaidanın lideri, qaçaq Üsama Bin Laden tezliklə tutulacaq. Lakin o, bunun nə zaman baş verəcəyi barədə məlumat verməyib. Birləşmiş Ştatlar və Pakistanın hərbi qüvvələri Bin Ladeni ələ keçirmək üçün Pakistan və Əfqanıstanın sərhəd məntəqələrində ciddi axtarışlar aparır. Birləşmiş Ştatların Dövlət Departamenti və Pakistan Üsama Bin Ladenin tutulması barədə İranın yaydığı məlumatı təkzib edib. İran bildirmişdi ki, Üsama bin Laden bir qədər əvvəl Pakistanın qəbilə bölgəsində ələ keçirilib.

XS
SM
MD
LG