Accessibility links

Haiti prezidenti Jan Bertrand Aristid ölkəni tərk etdi - 2004-02-29


Jan Bertrand Aristidin Latın Amerika ölkələrinin birində siyasi sığınacaq alacağı deyilir. Haiti qanunların agörə, hakimiyyət ölkənin ali məhkəməsinin sədrinə keçdi. Paytaxt Port-o-Prensdə hələlik vəziyyət qeyri-sabit olaraq qalmaqdadır, şəhərdə talanlar baş alıb gedir, atəş səsləri gəlir. Jan Bertrand Aristidin ölkəni tərk etməsi əhalinin bir hissəsində böhranın həll ediləcəyinə ümidləri artırmışdır. Paytaxt Pot-o-Prensdə prezident sarayı qarşısında ölkəni tərk etmiş dövlət başçısına sadiq qüvvələr keçik çəkməyə davam edir; ara-sıra keşikçilər atəş açır. Prezident Aristidin ölkəni tərk etməsinə adamlara müxtəlif rekasiyalar göstərir. Son günlər Port-o-Prensin sakinləri öz evlərindən küçəyə çıxmağa ehtiyat edirdilər. Jan Bertrand Aristidə sadiq qüvvələr isə danışmağa meylli deyillər. Şəhərin prezident sarayına yaxın küçələrində talanlar davam edir. Bir çox yerlərdə yanmış maşınlardan tüstü havaya qalxır. Şəhər sakinləri qarışıq hisslər keçirir. Aristidin ölkəni yaxşılıqla tərk etməsinə inanamayanlar var. Buna görə də küçələrdə bayram əhval-ruhiyyəsini görmək mümkün deyil. Adamlar atəş səsləri kəsiləndə arxayın olub toy-bayram etmək küçələrə çıxacaqlarını deyir.

XS
SM
MD
LG