Accessibility links

ABŞ qüvvələri Haiti paytaxtında asayişi bərpa edir - 2004-03-02


Birləşmiş Ştatların dəniz qüvvələri Haitinin paytaxtı Port-o-Prensdə talançılığın vurduğu zərərləri aradan qaldırmağa çalışırlar. Rəsmi nümayəndələr isə prezident Aristidin hakimiyyətdən kənarlaşdırılmasından sonra ölkədə siyasi nizamlama işi aparır. Amerika qüvvələrinin bildirdiyinə görə onlar Haiti üsyançıları və ya polislə üzləşməmişlər. Qeyd edək ki, Amerika və Fransa qüvvələri dünəndən etibarən Port-o-Prensdə mövqeləri ələ keçirməyə başlayıblar. Eyni zamanda ABŞ prezidentin hakimiyyətdən məcburi şəkildə salınmasında heç bir rolu olmadığını, ölkəni tərk etməsinə Haiti prezidentinin özü qərar verdiyini bildirir.

XS
SM
MD
LG