Accessibility links

Aşura günü yüzlərlə adam öldürülüb - 2004-03-02


Bağdad və Kərbəla şəhərlərində bir sıra partlayışların nəticəsində 143 nəfər həlak olmuş, 400-dən çox adam müxtəlif bədən xəsarəti almışdır. Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri deyirlər ki, təlafata səbəb intihar hucümları, uzaqdan idarə olunan partlayıcı qurğular və pulemyot atəşi olmuşdur. Aşura günü Bağdad və Müqəddəs Kərbəla şəhərlərindəki partlayışlar biri-birinin ardınca baş vermişdir. Bir milyondan çox adam İmam Hüseyn hərəmi və Həzrəte-Abbas məcsidi ətarıfında toplaşmışdı. Kərbəlada beş və Bağdadın şiə məscidi yaxınlığında isə azı dörd partlayış baş vermişdir. İranın Daxili İşlər Nazirliyi həlak olanların arasında 50 nəfərə yaxın iranlı olduğunu bildirib. İraqın İdarəetmə Şurası bu hücumları məhkum edərək xalqı sakitliyə çağırmış, ölkədə üç gün matəm elan etmişdir.

XS
SM
MD
LG