Ceçenistanın baş naziri Anatoli Popov vəzifəsindən istefa verəcəyi və Rusiyanın cənub Volqoqrad regionunun qubernator seçkilərində iştirak edəcəyini elan edib. Sağlamlıq səbəbi ilə 5 aydır məzuniyyətdə olan cənab Popov Volqoqrad qubernatorluğu uğrunda yarışlara qoşulacağını Moskvada müxbirlərə bildirib. Oktyabr ayında yeməkdən zəhərlənməsini baş nazir ona qarşı sui-qəsd cəhdi kimi qiymətləndirmişdi.