Accessibility links

İsrail bayramla bağlı təhlükəsizlik tədbirlərini gücləndirir - 2004-03-05


İsrail Purim-yaz bayramı ilə əlaqədar olaraq təhlükəsizlik tədbirlərini gücləndirib. İsrail İordan çayının qərb sahili və Qəzza zolağından İsrailə gələn yolları müvəqqəti olaraq bağlayıb. Bu tədbirlər yəhudilərin Purim bayramı ilə əlaqədardır. İsrail hərbi qüvvələrinin rəsmiləri deyirlər ki, İsrail ilə Fələstinlilər arasındakı sərhəd keçidləri Purim bayramının bitməsinə qədər davam edəcək. Bayram şənbə və bazar ertəsi günlərində qeyd ediləcək. Təhlükəsizlik tədbirinin səbəbi Fələstinli intiharçıların İsrailə edəcəkləri hücumların qarşısını almaq ilə əlaqədardır. İsrail rəsmiləri bildirirlər ki, intiharçıların hücumları ilə bağlı 50-dən çox kəşfiyyat məlumatı əldə ediblər. Burada İsrailin Yediot Aharonot qəzetinin apardığı ictimai sorğuya əsasən, Baş Nazir Ariel Şaronun nüfuzu ictimaiyyət arasında xeyli azalıb. Sorğuda iştirak edənlərin 53 faizi cənab Şaronun istefasını tələb edib. 57 faizi isə ona etimad etmir. Sorğuda iştirak edənlər Şaronun Livanın Hizbollah qrupu ilə məhbusların mübadiləsi sövdələşməsinə qarşı olduqlarını bildiriblər.

XS
SM
MD
LG