Accessibility links

Prezident Buşun təşviqat kampaniyası mübahisələrə səbəb olub - 2004-03-07


Prezident Buşun televizia kanallarında nümayiş etdirilən reklamında sentyabrın 11-i terror hücumlarının görüntüləri hadisə qurbanlarının ailələri tərəfindən birmənalı qarşılanmayıb. Terror hücumları zamanı yaxınlarını itirmiş adamlar prezident Buşun onların itkisini siyasiləşdirdiyini deyirlər. Corc Buş bu tənqidlərlə razılaşmadığını bildirmişdir. Prezidentin seçki kampaniyasının təbliğatı məqsədilə nümayiş etdirilən reklamda Dünya Ticarət mərkəzinin yanmış binaları və yanğınsöndürənlər göstərilir. Cənab Buşun ölkə üçün ağır vaxtlarda lider olduğu deyilir. Bu görüntülər hücumlar zamanı həlak olanların bəzilərinin ailə üzvləri tərəfindən müsbət qarşılanmamışdır. Onlar cənab Buşun baş vermiş hadisədən yenidən prezident seçilmək üçün siyasi məqsədlərlə istifadə etdiyini deyir və reklamın göstərilişinin dayandırılmasını istəyirlər. Sentyabrın 11-i həyat yoldaşını itirmiş Mindi Klayberq NBC televiziyasına müsahibəsində deyir ki, terrorun dəhşətli səhnələrindən sənədli filmlərdə istifadə edilməsinin əleyhinə deyil. Lakin hadisədən siyasi məqsədlərlə istifadə edilməsinin yersiz olduğunu hesab edir. “Bu görüntülərdən reklamda istifadə edilməsi fərqli məna kəsb edir. Mənə fərqi yoxdur, siz respublikaçısınız, demokratsınız, ya da ki müstəqil namizəd. Siz insanların ölümündən siyasi xal qazanmaq məqsədilə istifadə edirsiniz. Bu səhnələr başqa yolla göstərilməlidir.” Patrisiya Reyli isə terror hücumları zamanı bacısını itirib. Lakin o, prezidentin seçki kampaniyası üçün hazırlanmış reklamda sentyabrın 11-i hadisələrinin təsvirlərinin göstərilməsində qeyri-adi bir şey olmadığını deyir. “Mənə elə gəlir ki, reklam yaxşı hazırlanıb və mən buradakı təsvirlərin bütün Amerikaya adi olduğu ilə razıyam, çünki bu, Amerikaya qarşı hücum idi. Əgər təsvirlər yaxşı zövqlə hazırlanıblarsa, həmin o günün dəhşətləri biziə xatırladılmalıdır, çünki, əks halda, bu, bizim başımıza bir dəfə də gələ bilər.”

XS
SM
MD
LG