Accessibility links

Şahin-2 raketinin sınağı uğurlu olub - 2004-03-09


Pakistan Hindistanın əsas şəhərlərini hədəf alma qabiliyyətinə malik olan orta-mənzilli raketini uğurla sınaqdan çıxarıb. Pakistanın dövlət mətbuatının bildirdiyinə görə Şahin-2 növlü raketin iki mərhələli sınağı iki min kilometrdən artıq bir məsafəni qət etməklə uğurla başa çatmışdır. Pakistanın nüvə alimi Səmar Mübarikmənd yerli televiziyaya verdiyi müsahibəsi zamanı Şahin-2 tipli raketin əslində 2500 km-lik məsafəni qət etmə qabiliyyətinə malik odluğunu bildirmiş, iki minlik məsafənin hədəf alınması ilə sınağın Pakistanın su sərhədləri çərçivəsindən kənara çıxmaması məqsədi ilə keçirildiyini demişdir. Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Məsud Xan sınağın keçiriləcəyini dünən elan etmişdi. O, Hindistanın da xəbərdar edildiyini demişdi. Lakin Hindistan buna münasibət bildirməmişdir. Nüvə qabiliyyətli Hindsitan və Pakistan 1947-ci il Britaniyanın müstəmləkəsindən azad olduqdan sonra aralarında üç dəfə müharibə aparmışlar. Lakin son zamanlar tərəflərin sülh səylərini bərpa etməsi ilə gərginliyin bir qədər azaldığı müşahidə edilir.

XS
SM
MD
LG