Polşa hərbi qüvvələrinin rəsmiləri deyirlər ki, dünən gecə Bağdadın cənubundakı Hillah qəsəbəsi yaxınlığında polis paltarı geymiş naməlum şəxslər saxta polis məntəqəsi təşkil etmiş və oradan keçən iki amerikalı mülki işçini iraqlı həmkarları ilə bilikdə qətlə yetirmişlər. Bölgə yaxınlığında yerləşən Polşanın hərbi qüvvələri bir maşında olan beş iraqlını saxlamış və maşının yoxlanışı zamanı öldürülənlərin cəsədləri aşkar edilmişdir. Polşa hərbi qüvvələrinin rəsmiləri həlak olanların adlarını açıqlamamış, lakin olanların Birləşmiş Ştatların başçılıq etdiyi koalisya idarəsinin işçiləri olduğunu demişlər. Digər bir hadisə Bağdadın şimalındakı Baquba şəhərində baş verib. Şahidlər dediyinə görə İraq İslam İnqilabı Ali Şurasının binası yaxınlığındakı bomba partlayışı nəticəsində bir nəfər həlak olmuş və İslam İnqilabı Ali Şurasının yüksək vəzifəli rəsmi şəxsi ağır yaralanmışdır.