Accessibility links

Amerika vətəndaşı İraqın xeyrinə casusluq etdiyinə görə həbs edilib - 2004-03-11


Birləşmiş Ştatların federal prokurorları Amerika vətəndaşının İraqın xeyrinə casusuluq etməklə əlaqədar həsb edildiyini bildiriblər. Nyu York məhkəməsində Suzan Lindauerə qarşı İraqın kəşfiyyat ximdmətinin xeyrinə casusluq etmək və Səddam Hüseyn hökuməti ilə qadağan olunmuş maliyyə transaksiylarının həyata keçirilməsində iştirak etməklə bağlı ittiham irəli sürülüb. Prokurorlar xanım Lindaurein 1999-cu ilin oktyabr və 2002-ci ilin mart ayları arasında İraqın BMT-dəki missiyasında İraqın kəşfiyyat orqanlarının əməkdaşları ilə görüşdüyünü bildiriblər. Onların bildirdiyinə görə, Süzan Lindeauer iraqlılardan verəcəyi məlumat əvəzinə 10 min dollar məbləğində pul alıb. Onun bu pulun bir hissəsini 2002-ci ildə Bağdada səfər edərkən aldığı deyilir. 41 yaşlı Süzan Lindeauer Merilend ştatının Vaşinqtona çox yaxın olan Takoma park hissəsində yaşayır. Müqəssir tanınarsa, o, 25 il həbs cəzası ala bilər.

XS
SM
MD
LG