Accessibility links

Amerikanın iş bazarında bu gün vəziyyət necədir?  - 2004-03-14


“Vaşinqton Post” qəzetinə əsasən, iqtisadi durum hazırda yaxşı səviyyədədir. İqtisadi tənəzzüldən sonrakı iki il istehsal artımı müşahidə olunub, inflasiya faizi enib və aksiya bazarında vəziyyət xeyli düzəlib. Bu il iiqtiadiyyatın hələ yavaş templə irəliləyəcəyi, lakin sağlam olacağı deyilir. Bununla belə, iş bazarında hələ də problemlər qalmaqdadır. Statiskaya görə, 2001-ci ildən bəri ölkə üzrə 2,3 milyon iş yeri itirilib. Bu iş yerlərinin bərpası 1945-ci ildən ən az sürətlə gedir. Keçən il 9 milyon işsiz amerikalının 22 faizi 6 ay və ondan artıq müddət işsiz qalıb. İş bazarının dəyişməsi tendensiyası müşahidə olunur. Maaşlara gəldikdə, dünya ölkələrilə müqayisədə maaşlar yüksək olaraq qalır. Kompyuter proqramları üzrə mütəxəssis saatda 56 dollar qazanır. Çində bu işə görə ümumi göstərici saata 12 dollardır. Keçən il orta əmək haqqı həftə 620 dollar, ya da 32,240 dollar təşkil edib. Maaşlara nəzər salaq, Tibb bacısının işə düzəldiyi birinci il maaşı 41 minə yaxındır. Həkimin praktikaya başladığı birinci il maaşı 46 min dollara çatır. Yüksək maaşlar əyləncə industriyasında, incəsənət, ədəbiyyat, media sahələrində müşahidə olunur. Məsələn, aktrisa Halle Berrinin gəliri keçən il 15 milyon təşkil edib. Dövlət sektorunda çalışanların maaşı iş təcrübəsi və stajdan asılıdır. Qeyd edək ki, vitse prezident Dik Çeyinin maaşı 198 min 600 dollardır. Yüksək maaş alanlarla az maaş alanlara arasında fərq böyükməkdədir. Bu il Amerikanın iş bazarına universitet və kollecləri bitirəcək 1 milyon 3 min adam daxil olacaq. Bu, iş bazarının hələ də stress altında olacağına işarə edir. Amma ekspertlər uzun müddət üçün vəziyyətin düzələcəyini bildirirlər.

XS
SM
MD
LG