Accessibility links

İraqda hücum - 2004-03-18


Birləşmiş Ştatların başçılığı altındakı koalisiya qüvvələrinin Bağdaddakı baş qərargahının yaxınlığında bir sıra partlayışlar baş verib, hələlik bu barədə ətraflı məlumat verilməyib. Şənbə günü Birləşmiş Ştatların başçılığı altında İraqa qarşı edilən hücumun birinci ildönümüdür. Bu ildönümü ərəfəsində koalisiya qüvvələrinə qarşı bir sıra əməliyyatlar həyata keçirilib. Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin rəsmiləri deyirlər ki, çərşənbə günü Amerika əsgələrinə qarşı həyata keçirilən iki ayırı hücumda 3 Amerika əsgəri həlak olub. Bu gün də Baquba şəhərindəki Birləşmiş Ştatların maliyyələşdirdiyi yerli televiziya stansiyasının yaxınlığında bomba partlaytışı baş verib. Nəticədə 3 iraqlı həlak olub, 10 nəfər yaralanıb.Fallucah şəhərinin Bələdiyyə Şurasının binası da raket atəşinə tutulub. Əsgərlər dərhal atəşə cavab veriblər. Əməliyyatda ölən və yaralananlar haqqında məlumat əldə edilməyib. Bəsrə şəhərində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 4- nəfər həlak olub. Bu hücumlar Bağdad mehmanxanasının yaxınlığında maşına yerləşdirilmiş bombanın partlayışından bir gün sonraya təsadüf edir. Əməliyyatda 7 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG