Accessibility links

Iraq müharibəsinin başlamasının ildönümü tamam olur - 2004-03-19


Bir il bundan əvvəl İraqın kütləvi qırğın silahlarına malik olub-olmaması ətrafında gərgin diplomatik mübahisələrdən sonra koalisiya qüvvələri İraqda hərbi əməliyyatlara başladı. İraq müharibəsinin başlamasının birnici ildönümü münasibətilə bu gün prezident Buş çıxış etdi. Terrorizmə qarşı müharibə və Amerikanın bu mübarizədən bir addım belə geri çəkilməyəcəyi ABŞ prezidentinin çıxışının əsas müddəalarını təşkil edirdi. Bir il bundan əvvəl müharibənin qarşısının alınması məqsədilə son səy olaraq prezident Buş Səddam Hüsyenə İraqı tərk etmək üçün 48 saat vaxt verdi. Səddam Hüseyn bu təklifi qəbul etmədi. Martın 20-i, Amerika Birləşmiş Ştatlarında hələ ayın 19 idi, koalisiya qüvvələri Bağdadı bombalamağa başladı. Prezident Buş Amerika xalqına müraciət edərək “İraqı tərksilah etmək, İraq xalqını azad etmkə və dünyanı ağır təhlükədən qorumaq üçün hərbi əməliyyatların başlandığını elan etdi. Mayın biri prezident Buş İraqda əsas hərbi əməliyyatların başa çatdığını elan etdi. Səddam rejimi süquta uğrasa da, keçmiş İraq prezidenti bundan yalnız 8 ay sonra həbs edildi. İraqda hərbi əməliyyatların başa çatmasından sonra orada 570 Amerika əsgəri həlak olub. İraqın özündə isə bu günə qədər partizanlar koalisiya qüvvələri və İraq əhalisinə qarşı hücumlar keçirməyə davam edir. Bu gün prezident Buş Ağ Evdə 80 ölkədən diplomatların iştirak etdiyi toplantıda çıxışı zamanı koalisiyaya daxil olan 84 ölkənin Amerika ilə çiyin-çiyinə ölkənin quruculuğu işində iştirak etdiyini bəyan etdi. “Biz terrorla mübarizədə geniş strategiya apardığımız zaman Amerika sizinlə birgə olduğuna görə qürur duyur. Hər bir hökumət qarşsında duran vəzifə terrorizmə qarşı mübarizə aparıb onu məhv etməkdir”-deyə prezident Buş bəyan etdi. ABŞ dövlət başçısının dediyinə görə, sivilizasiya və terror arasında mübarizədə neytral mövqe ola bilməz. “Terrorla mübarizədə hər hansı zəiflik və ya geriyə çəkilmə terroru bərqərar verir və daha artıq zorakılığa yol açır.” Prezident Buş İraq müharibəsi ilə bağlı müttəfiqlər arasında fikir ayırlıqlarının mövcudluğunu etiraf etdi. Lakin o bildirdi ki, müttəfiqlərin terrora qarşı birgə mübarizə apardığı zaman bu kimi fikir ayrılıqları art,q arxada qalıb. Birləşmiş Ştatlar prezidenti Amerikanın İraq xalqının ölkədə demokratiya quruculuğu səylərini zəiflətməsinə imkan verməyəcəyinə söz verdi. “Biz İraq xalqının ölkənin terrorçuların əlinə düşməməsi üçün göstərdiyi səylərə qoşuluruq. Bu, bizim İraqın azadlığı uğrunda mübarizəmizdir. Birləşmiş Ştatlar İraqda tərəqqi və azadlığın təmin edilməsi uğrunda mübarizə aparmağa və bu istiqamətdə iş görməyə davam edəcək. Tanrı bizim səylərimizə xeyir-dua versin.”

XS
SM
MD
LG