Accessibility links

İsrail hərbçiləri Qəzza zolağına reyd etmişlər - 2004-03-21


Cənubdakı Qəzza zolağına basqı zamanı İsrail hərbçiləri axtarışda olan 1 Hamas yaraqlısıni və 4 başqa Fələstinlini öldürmüşlər. İsrail mənbələrinin dediyinə görə hərbçilər qaçmaqda olan şübhəli şəxsə atəş açmışlar və nəticədə onun özü ilə daşıdığı bomba partlamışdır. Baş verən partlayış yaraqlını və onun həyat yoldaşını məhv edib. Şahidlər xəbər verirlər ki, basqı zamanı əlavə 3 Fələstinli öldürülmüş və 9 nəfər yaralanmışdır. Bu arada Ramallah şəhərinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı 26 Fələstinli və 1 İsrailli sülh aktivisti yaralanıb. İsrail radiosu bunu Fələstinlillərin İsrail əsgərlərini daşa tutması ilə əlaqələndirib.

XS
SM
MD
LG