Accessibility links

Pakistan Əl-Qaidə döyüşçülərinə qarşı əməliyyat aparır - 2004-03-22


Pakistan hərbiçiləri Əfqanistan sərhəddi yaxınlığında iki kilometrlik bir tunel aşkar etmişlər. Pakistan ordusunun bölgədəki komandiri tunelin axtarışda olan iki tayfa üzvünün evlərindən sərhəddə qədər uzandığını bildirmişdir. Pakistanın Briqada Generalı Məhəmməd Şah bildirib ki, Əl-Qidənin liderləri bu tuneldən qaçmış ola bilərlər. Pakistanın Əfqanistan sərhəddi yaxınlığında yüzlərlə xarici yaraqlı və onların yerli himayəçiləri Pakistan qoşunlarıyla döyüşlər aparır. Bölgədəki yaraqlılara qarşı əməliyyatlar vertolyotarın müşaiyəti ilə beş min Pakistan qoşunu tərəfindən həyata keçirilir. Pakistanın hərbi nümayəndələrinin dediyinə göürə yaraqləlarən müqavimət göstərməsi onların Əl-Qaidənin yüksək vəzifəli üzvlərini müdafiə etdiklərini göstərir.

XS
SM
MD
LG