Accessibility links

Qəzzada nümayişlər keçirilib - 2004-03-22


Bu gün Qəzzada minlərlə fələstinlinin iştirakı ilə nümayiş keçirilib. Nümayişçilər Həmasın liderinin intiqamını alacaqlarına and içiblər. Misir Şeyx Əhməd Yasini öldürməsini Yaxın Şərq sülh prosesinin sonu adlandırıb. Misrin prezidenti Hüsnü Mübarək bildirib ki, bu hadisənin bütün İslam aləminə təsiri olacaq. Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Ştatlar, Avropa Birliyi və Rusiyanın nümayəndələri Həmasın lideri Şeyx Əhməd Yasinin öldürülməsindən sonra Yaxın Şərq sülh təşəbbüsünün yenidən başlaması yollarını müzakirə edirlər. İsraillə Fələstinlilər arasında sülhə nail olunması üçün yol xaritəsi adlanan sülh planını tərəflər il əvvəl başlatmışdılar. Hadisə ərəb aləmində rəaksiyaya səbəb olub, Livan, Misir, İordaniya və Yəməndə İsrail əleyhinə nümayişlər keçirilib.

XS
SM
MD
LG