Accessibility links

Azərbaycanda uşaq hüquqlarının müdafiəsi - 2004-03-24


Birləşmiş Ştatların Dövlət Departamentinin 2003-cü il dünyada insan hüquqları ilə bağlı hesabatının Azərbaycana aid hissəsində uşaqların da vəziyyətinə toxunulub. Sənəddə deyilir ki, Azərbaycanın Təhsil Nazirliyi məktəbyaşlı uşaqların 100 faizinin təhsillə təmin edildiyini bildirsə də, UNİSEF-ə əsasən Azərbaycanda 91 faiz uşaq təhsil alma imkanına malikdir. Burda uşaqlar arasında fahişəlik ən narahatedici faktor kimi göstərilir. Sənəddə deyilir ki, il ərzində 18 yaşından aşağı 18 qızın fahişəliyi qeydə alınmışdır. Xarici İşlər nazirliyi azyaşlı qızlara qarşı seksual təyiqlərlə bağlı 3 məhkəmə işinin qaldırıldığını bildirmişdir. Zöhrəvi Xəstəliklər klinikasında rəsmən 18 yaşından aşağı 11 qızın zöhrəvi xəstəliyə yoluxduğu qeydə alınıb. Dövlət Departamentinin hesabatında yoxsul ailələrin uşaqlarını dilənməyə məcbur etdikləri də göstərilib. Tarixdə uşaqların hüquqlarının qorunması ilə bağlı konvensiya dünyada ən geniş şəkildə qəbul edilən sənədlərdəndir. Azərbaycan bu sahədə beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərinə tam əməl edirmi?

XS
SM
MD
LG