Accessibility links

Fəllucədə Amerika əsgələrilə partizanlar arasında toqquşma olub - 2004-03-26


İraqın Fəlluca şəhərində Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinin əsgərləri və partizanlar arasında baş vermiş döyüşdə beş adamın öldüyü xəbər verilir. Şahidlər Amerika əsgələri şəhərin mərkəzinə daxil olduqda, güclü atışma və partlayış səslərinin eşidildiyini deyiblər. Yerli xəstəxananın müdiriyyəti ölənlərdən birinin uşaq olduğunu, yeddi nəfərin yaralandığını bildirib. Birləşmiş Ştatların hərbi qüvvələri Fəllucəda döyüş haqda məlumatı təsdiqləyiblər və Amerika əsgərləri arasında tələfatın olmadığı bəyan ediblər. Bu arada, BMT İraqda gələn ilin yanvar ayında seçkilərə hazırlıqlara yardım etmək məqsədilə seçki ekspertlərinin Bağdada çatdığını bildiriblər.

XS
SM
MD
LG