Accessibility links

Avropa Birliyinin sammiti - 2004-03-26


Avropa Birliyinin liderləri Brüsseldə iki günlük zirvə toplantılarına yekun vururblar. Onlar Avropanın ümümi konstitusiyası, terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və iqtisadi islahatlarla bağlı danışıqları davam etdirməyə razılaşıblar. Nümayəndə heyətləri Avropa Birliyinin ilk konstitusiyası ilə bağlı danışıqların iyunun ortalarına kimi başa çatdırmağı planlaödırır. Dünən Avropa birliyinin 25 hazırkı və gələcək üzvləri terror hücumlarına qarşı birgə cavab verməyə söz veriblər. Belə ki Birliyin bir üzvünə qarşı törədilən istənilən hücum Birliyə qarşı hücum kimi qiymətləndiriləcək. AB liderləri BMT-nin İraqdakı rolunun genişləndirilməsinə də dəstək veriblər.

XS
SM
MD
LG