Accessibility links

Mosulda yaraqlılar koalisiya nümayəndələrinə hücum ediblər  - 2004-03-27


İraqın şimalında yerləşən Mosul şəhərində yaraqlılar tərəfindən edilən hücum nəticəsində 2 nəfər öldürülmuüş, 13 nəfər isə yaralanmışdır. Yaralananlar arasında bir uşaq və iki polis işçisi var. Mosul valisinin ofisinə iki raket dəymişdir. Paytaxtda isə yolkənarı bomba partlayışı ən azı bir nəfərin yaralanması ilə nəticələnmişdir. Bu günün zorakı hadisələri Cümə günü İraq boyu 13 nəfər adamın ölümünə səbəb olmuş çaxnaşmaların ardınca baş verir. Həmin gün Falluja şəhərindəki döyüşlər nəticəsində bir uşaq, bir İraqlı videokameraçı və bir Amerikalı əsgər həlak olmuşdu.

XS
SM
MD
LG