Accessibility links

Filippində terrorist hücumlarında əli olmaqda şübhələnilənlər həbs edilib - 2004-03-31


Filippin polisi Manillada bomba hücumu həyata keçirən terrorist qrupunun üzvü olduqlarından şübhələnilən iki şəxsin həbs edildiyini bildirir. Polis nümayəndəsinin bildirdiyinə görə onlar islam radikallarının agentləri ilə görüşdükləri vaxt həbs ediliblər. Polis bu şəxslərin hamısının Əbu Səyyaf qrupunun üzvləri olduğunu bildirib. Bu bəyanat prezident Qloriya Arroyonun 4 müsəlman yaraqlısının nəzarət altına alındığını və 36 kiloqram partlayıcı maddə müsadirə edildiyini elan etməsindən bir gün sonraya təsadüf edir. Xanım Arroyo demişdir ki, həbslər Madriddəki hücumlara bənzər terror aksiyalarının qarşısının alınmasına yönəlmişdir.

XS
SM
MD
LG