Accessibility links

Iraqda insan təlafatı davam edir - 2004-04-02


İraqda yaraqlıların davam edən hücumları nəticəsində ötən 24 saat müddətində daha 8 insan həlak olub. Şimali İraq rəsmilərinin xəbər verdiyinə görə Kirkükdəki bələdiyyə idarəsinin yanında vaxtından əvvəl partlamş bomba onu idarəyə qoymağa çalışan 3 nəfərin ölümünə səbəb olub. Başqa yerlərə gəlincə, Amerika hərbi nümayəndəsi bu gün Bağdadda baş vermiş bomba partlayışı nəticəsində 1 Amerikalı əsgərin öldüyünü bilidirir. Həmin nümayəndə həmçinin Cümə Axşamı baş vermiş iğtişaş zamanı bir Amerikalı Marinin öldürüldüyünü xəbər verir. Həmçinin Cümə Axşamı Bağdaddan 65 kilometr şimalda yerləşən Baquba qəsəbəsində hərəkətdə olan maşından açılan atəş nəticəsində 3 İraqlı polis işçisi həlak olub.

XS
SM
MD
LG