Accessibility links

11 Sentyabr Komissiyası Ağ Evdən şəffaflıq tələb edir - 2004-04-02


2001-ci il Sentyabrın 11-i baş vermiş terror hadisələrini araşdıran komissiya Buş administrasiyasının keçmiş prezident Bill Klintonun fəaliyyəti ilə bağlı sənədlərin komissiyaya təqdim edilməməsinin səbəblərini bilmək istəyir. Cənab Klintonun vəkilinin dediyinə görə Prezident Buşun yardımçıları Klintonun komissiyanın ixtiyarına buraxdığı 11 min səhifəlik sənədlərin yalnız dörddə birini açıqlayıblar. O deyir ki, buna görə də komissiya üzvləri Klinton administrasiyasının anti-terror mübarizəsi haqda tam təsəvvürə malik ola bilmirlər. Komissiyanın nümayəndəsinin dediyinə əsasən onlar hazırda sənədlərin onlara təqdim edilməməsinin səbəblərini müəyyənləşdirməkdən ötrü Ağ Evlə danışıqlar aşparırlar. Ağ Ev isə bəyan edir ki, o, komissiyanın öz işini görməsi üçün lazım olan bütün sənədləri verir.

XS
SM
MD
LG