Accessibility links

Amerikada işliliyin səviyyəsi qalxıb - 2004-04-03


Əmək Nazirliyinin iş yerlərinin sürətlə artması haqda verdiyi xəbərdən 1 gün sonra Prezident Buş deyir ki, Birləşmiş Ştatların iqtisadiyyatı yüksəlməkdədir. Bu gün özünün həftəlik radio ilə müraciətində cənab Buş deyib ki, iş artımı haqdakı hesabat genişlənən iqtisadiyyatın qüdrətli təsdiqidir. Lakin prezidentin Demokrat Partiyasından olan rəqibi Con Kerri bəyan edir ki, keçən ayın iş artımı cənab Buş prezident olduğu müddətdə itirilən 2 milyon iş yerini əvəzləyə bilməz. Cümə günü Əmək Nazirliyi keçən ay Amerika iqtisadiyyatına 300 min yeni iş yerinin əlavə edildiyini söyləyib. Statisktik baxımdan, bu, son 4 ildə ən böyük iş artımıdır.

XS
SM
MD
LG