Accessibility links

Karaçidə polis bölməsinə hücum edilib - 2004-04-04


Pakistan rəsmiləri xəbər verirlər ki, bu gün erkən naməlum şəxslər cənubi liman şəhəri olan Karaçidə polis bölməsində atəş açaraq 5 polis zabitini öldürmüş, 6-sını isə yaralamışlar. Karaçi aeroportunun yanında yerləşən polis bölməsinə İslam yaraqlısı olmaqda şübhələnən ən azı 10 nəfər hücum edib. Zabitlər deyirlər ki, ola bilər ki, onların cavab atəşi hücumçulardan birini ölümcül yaralayıb. Pakistanın ən iri şəhəri olan Karaçi son aylarda tez-tez İslamçı yaraqlıların hədəfinə gəlib.

XS
SM
MD
LG