Accessibility links

İran nüvə proqramı ilə bağlı iddiaları təkzib edir - 2004-04-04


Atom bombası əldə etməyə can atmamasını sübüt etmək üçün yenidən təzyiqlər altına gələn İran yenə də təkid edir ki, o, BMT müfəttişlərindən öz nüvə proqramları haqda sirr gizlətmir. Xarici İşlər Nazirliyinin nümayəndəsi bu gün Tehrandakı mətbuat konfrasında söyləyib ki, İranda Beynəlxalq Nüvə Enerjisi Agentliyinin haqqında bilmədiyi nüvə sahələri yoxdur. Verilən bəyanat qarşıdan gələn Cərşənbə Axşamı Agentliyin rəhbəri Mohammed ElBaradei-nin İrana olacaq səfərindən əvvələ təsadüf edir. İran özünün nüvə proqramları ilə bağlı beynləxalq ictimaiyyətin təzyiqi ilə üzləşir. Birləşmiş Ştatlar İranı gizlicə nüvə silahları əldə etməyə çalışmaqda ittiham edir.

XS
SM
MD
LG