Birləşmiş Ştatların Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Kondoliza Rays bildirib ki, prezident Buşun idarəsi Birləşmiş Ştatlara qarşı 2001-ci ililin sentyabrın 11-də həyata keçirilmiş hücumlardan əvvəl Əl-Qaidənin yaratdığı təhlükədən xəbərdar idi.
Kondoliza Rice sentyabrın 11-i hadisələrini araşdıran müstəqil komisiyanın üzvlərinə deyib ki, Birləşmiş Ştatlar on illər boyu terrorizmin artmaqda olan təhlükəsinə lazımı diqqət yetirməyib. O əlavə edib ki, Buş administrasiyasının milli təhlükəsizlik sahəsində hazırladığı ilk direktiva Əl-Qaida terror şəbəkəsinin məhv edilməsi barədə olub. “Prezident Buş bu təhlükənin nədən ibarət olduğunu və onun nə kimi məna daşıdığını başa düşürdü. O bizə aydın şəkildə bildirmişdi ki, Əl-Qaidənin hər bir hücumuna bir dəfə cavab vermək istəmir.” Kondoliza Raysın bu izahatı Ağ evin əks-terror məsələləri üzrə keçmiş müşaviri Richard Clarkin müstəqil komissiya qarşısında ifadə verməsindən sonraya təsadüf edir. Cənab Klark iddia edir ki, Buş idarəsi sentyabrın 11-dən əvvəl terrorizmi prioritet hesab etmirdi.
Xanım Rays öz çıxışında demişdir ki, sentyabrın 11-dən əvvəl həyacan doguran kəşfiyyat məlumatları daxil olsa da, onlar qeyri-müəyyən idi. Xanım Rice müstəqil komissiyanın üzvlərinə habelə bildirmişdir ki, hücümların qarşısını ala biləcək sadə bir yol yox idi.