Accessibility links

Rusiya AB-nin qətnaməsini rədd edir - 2004-04-09


Rusiya çeçenlərin hüquqları ilə bağlı Avropa Birliyinin BMT-nin yığıncağında təklif etdiyi qətnamə layihəsini rədd edib. Dünən Cenevrə yığıncağında açıqlanan qətnamədə Çeçenistanda insan hüquqlarının vəziyyəti və terror hücumları kəskin tənqid edilir. Sənəddə həmçinin, yerli nümayəndələrin təzyiqlərlə bağlı istintaq işləri aparmadığı da qeyd edilir. Rusiyanın xarici işlər naziri Yuri Fyodorov qətnamə layihəsinin siyasiləşdirdiyini, Çeçenistan prezidenti Əhməd Kadırov isə sənədin çeçen üsyançılarına mənəvi dəstək verdiyini deyib.

XS
SM
MD
LG