Accessibility links

Prezident Buş Misir rəhbəri Mübarəklə görüşüb - 2004-04-12


Prezident Buş bu gün İraq və İsrail-Fələstin münaqişəsi ilə bağlı məsələləri müzakirə etməkdən ötrü Misir Prezident Hüsni Mübarəklə görüşmüşdür. Ağ Evin nümayəndələri bildirirlər ki, Cənab Buşun Texasdakı rançında gedən danışıqlar həmçinin terrorizm əleyhinə mübarizə mövzusunu əhatə edəcək. Misir xəbər agentliklərinin verdiyi xəbərə görə Cənab Mübarək Yaxın Şərq sülh prosesini bərpa etmək etmək fikrindədir. O, həmçinin İsrail Baş Naziri Ariel Şaronun Fələstinlilərlə birtərəfli qaydada əlaqələri kəsməyə dair planını müzakirə etmək istəyir. Xatırladaq ki, növbəti Çərşənbə günü cənab Şaron Prezident Buşla görüşərək ondan İsrailə dəstək diləyəcək.

XS
SM
MD
LG